Türkiyə Superkubokunun keçiriləcəyi vaxt dəqiqləşdi
21.02.2024 - 18:37

Türkiyə Superkuboku finalının keçiriləcəyi yer və vaxt bəlli olub.
Apasport.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbaxça" arasında baş tutacaq görüş aprelin 7-də, Bakı vaxtı ilə saat 22:00-da oynanılacaq.
Matç Şanlıurfa şəhərində keçiriləcək. Oyunun ötən il dekabrın 29-da Səudiyyə Ərəbistanında təşkili nəzərdə tutulsa da, təşkilatçıların bəzi qadağalarına görə komandalar meydana çıxmaqdan imtina etmişdilər.
Qeyd edək ki, "Qalatasaray" son Türkiyə çempionatının, "Fənərbaxça" isə kubokunun qalibi olub
- Martines: "Neymar qarşı oynadığım ən yaxşı futbolçudur"
- Cüdo üzrə Azərbaycan birinciliyi başlayır
- Şahruddin Məhəmmədəliyev: “Məni sevib-sevmədiklərini özlərindən soruşa bilərsiniz” - Müsahibə
- İstanbul klubu İngiltərə millisinin sabiq üzvünü transfer edib
- 3 güləşçimiz Avropa çempionatının yarımfinalında
0
0