"Vest Hem"də yeni hücumçu
11.01.2024 - 11:31
“Vest Hem” heyətini gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, London klubu "Sportinq"in hücumçusu Markus Edvarda elçi düşüb.
Klub rəhbərliyi komandadakı zədəli futbolçuların çoxluğunu nəzərə alaraq, 25 yaşlı futbolçunun transferini tamamlamağa çalışır.
Xatırladaq ki, komandanın aparıcı futbolçularından Lukas Paqueta və Carrod Bouen zədədən əziyyət çəkdiyi üçün komandaya kömək edə bilmir.
Cari mövsümdə “Sportinq” forması ilə 15 matça çıxan Edvard aktivinə 4 qol və 3 məhsuldar ötürmə yazdırıb.
- Millimizin baş məşqçisi: "Qrupu lider kimi tamamlamaq istəyirik"
- "Siti"də kabus davam edir: "Artıq matçlarda qalib gələ bilmirik"
- Azərbaycan cüdoçularının Parisdəki rəqibləri bilindi
- Azərbaycan kubokunun oyunlarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq
- “Barselona” bu gün çempionluq paradı keçirəcək
0
0