“Korintians” baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bunu Braziliya klubunun prezidenti Duilio Monteyro Alveş açıqlamasında bildirib.
Onun sözlərinə görə, portuqaliyalı mütəxəssis rəhbərliyin qərarı ilə istefaya göndərilib. Buna səbəb komandanın uğursuz çıxışı göstərilib. Son olaraq “Atletiko Mineyro”ya məğlubiyyət Pereyranın qovulması ilə nəticələnib. Çalışdırıcı ilə yanaşı, onun 5 köməkçisi də klubdan ayrılıb.
Qeyd edək ki, “Korintians” Vitor Pereyranın rəhbərliyi altında keçirdiyi 64 oyunun 27-də qələbə qazanıb, 17-də məğlub olub, 21 dəfə isə heç-heçə edib. Komanda hazırda 81 xalla 4-cü pillədə qərarlaşıb.
- DÇ-2026: Səudiyyə Ərəbistanı Uruqvayla xalları bölüşüb - YENİLƏNİB
- Azərbaycan kubokunun finalçıları müəyyənləşdi
- Mundiala son vəsiqə: Kosta-Rika, yoxsa Yeni Zelandiya?
- "Beşiktaş"da prezident seçkiləri: Ahmet Nur Çebi namizədliyi barədə danışdı
- “Qalatasaray”dan ulduz forvarda təklif – 10 milyon maaş, 5 milyon bonus