Xavi isveçli hücumçunu bəyənib
17.09.2023 - 15:14
“Barselona” hücum xəttini gücləndirmək niyyətindədir.
Apasport.az saytı xəbər verir ki, katalonlar Aleksandr İsakla maraqlanırlar.
“Nyukasl”da çıxış edən İsveç yığmasının üzvü “Barsa”nın baş məşqçisi Xavi tərəfindən bəyənilib. Əgər danışıqlar müsbət yekunlaşarsa İsak karyerasını İspaniyada davam etdirəcək. Onun ingilis klubu ilə 2028-i ilədək müqaviləsi var. 23 yaşlı forvardın transfer qiyməti 70 milyon avrodur.
Qeyd edək ki, bu mövsümdə Aleksandr Premyer Liqada 4 oyunda iki qol vurub.
- “Məşuqəni ailəndən çox düşünəndə diqqətini futbola yönəltmək çətindir” - Regekampf haqda
- "Qarabağ" Xorvatiya klubunu məğlub edib
- “Qalatasaray”ın Halandı əlindən QAÇIRMA SƏBƏBİ
- Birinci hissədə rekorda imza atdı – tək zərbə ilə uduzdu
- UEFA Merihin bozqurd işarəsi tutmasını niyə cəzalandırır? - Hüquqi şərh
0
0