Xorvatiyalı yarımmüdafiəçi “Fənərbaxça” yolunda
10.08.2025 - 11:55

"Riyeka"nın futbolçusu Niko Yankoviç karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Apasport.az xəbər verir ki, "Fənərbaxça" xorvatiyalı yarımmüdafiəçini transfer etmək istəyir.
Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Onun sözlərinə görə, artıq klublar arasında razılıq əldə olunub. İstanbul təmsilçisi Yankoviç üçün qarşı tərəfə 5,6 milyon avro ödəyəcək.
23 yaşlı oyunçu "sarı-lacivərdlilər"lə 4 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, "Riyeka" Niko Yankoviçi 2023-cü ildə Zaqreb "Dinamo"sundan transfer edib.
0
0