“Çox möhtəşəm bir hissdir. Bu rekordu qırmaq üçün çox əziyyət çəkmişdim”.
Bu sözləri Apasport.az saytına açıqlamasında “Neftçi” və Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov deyib.
O, yığmanın bombardiri olmasında əməyi keçən komanda yoldaşlarına təşəkkür edib: “Komanda yoldaşlarıma minnətdaram. Onların köməyi olmasaydı, millinin heyətində ən çox qol vuran oyunçu ola bilməzdim”.
Yarımmüdafiəçi baş məşqçi Ayxan Abbasovun komandaya təsirini də dəyərləndirib: “Bir günə çox şey dəyişə bilməzdi, amma bizə motivasiya və psixoloji baxımdan böyük dəstək verdi”.
Emin Mahmudov həmçinin Ayxan Abbasovun komandada qalmasını istədiyini bildirib: “Ayxan Abbasovun millidə qalmasını istəyərəm. Onun gəlişindən sonra komandada ruh yüksəkliyi yarandı. Komandadan göndərilən mütəxəssislər barədə danışmaq istəmirəm, amma hesab edirəm ki, yığmaya yerli məşqçinin rəhbərlik etməsi daha yaxşı olar”.
- “Beşiktaş”lı futbolçunun gələcəyinə aydınlıq gəlib
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
- Gəncə futbolu üçün şad xəbər: İlqar Nadiri dövrü rəsmən başa çatdı
- Premyer Liqa: Autsayderlər xalları böldülər - YENİLƏNİB
- “Fənər”in futbolçusu “Zenit”ə transfer ola bilər