"Karvan-Yevlax" "Kəpəz"ə qarşı - YENİLƏNİR
21.11.2025 - 10:21
"Karvan-Yevlax" "Kəpəz"ə qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında XII tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Günün açılış matçında “Karvan-Yevlax” öz meydanında “Kəpəz”i qəbul edəcək.

Yevlax təmsilçisi mövsümdə ilk dəfə azarkeşləri qarşısında meydana çıxacaq.

Misli Premyer Liqası
XII tur

14:00. "Karvan-Yevlax" – "Kəpəz"
Baş hakim: Rauf Cabarov
Yevlax şəhər stadionu