“Əldə etdiyim nəticə çox yaxşıdır".
Apasport.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çinin Uşi şəhərində taekvondo üzrə dünya çempionatının bürünc mükafatçısı Qaşim Maqomedov deyib.
İdmançımız bildirib ki, əldə etdiyi nəticədən razıdır:
"Yarışa yaxşı hazırlaşmışdım. Bu il mənim üçün bir qədər çətin keçdi, çünki ilin ortasında Bolqarıstanda zədə almışdım. Son üç ayı Mahaçqalada reabilitasiyada keçirdiyim üçün məşqlərdən uzaq qalmışdım. Təxminən iki aydır ki, tam gücümlə məşqlərə başlamışam. Dünya çempionatına hazırlıq üçün bu müddət kifayət qədər uzun deyildi. Daha çox hazırlaşsaydım və zədəm olmasaydı, qızıl medal qazana bilərdim”.
- Afrika Millətlər Kuboku: Fildişi Sahili Mozambiki, Kamerun Qabonu üstələyib
- “Neftçi”nin ikinci yoxlama oyununun vaxtı bəlli olub
- Niyaməddin Paşayev: "Taekvondoçularımız bizi dəstəkləyən hər kəsi sevindirdi" - VİDEO
- İslam Oyunları: Yığmamız Pakistanı darmadağın edib
- “İmişli”nin müdafiəçisi: “Nəticələrdən 100 faiz razı deyiləm”