"Atletiko" Korreanın əvəzedicisini tapdı
26.05.2025 - 17:36
Almaniya Bundesliqası komandalarından “Ştutqart”ın üzvü Nik Uoltemeyd karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, forvardla “Atletiko Madrid” yaxından maraqlanır.
Bu barədə “AS” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Madrid təmsilçisinin baş məşqçisi Dieqo Simeone forvardı Anxel Korreanın əvəzedicisi olaraq görür.
Xatırladaq ki, Nik 2024-cü ildən “Ştutqart”ın şərəfini qoruyur.
Almaniya millisinin üzvü bu mövsüm komandasının heyətində iştirak etdiyi 33 rəsmi matçda 17 qol, 3 assistlə yadda qalıb.
- PSJ Çempionlar Liqası tarixinə düşdü - Turnirdə ilk dəfə
- "Araz" onun da biletini kəsdi - Ya satılacaq, ya da icarəyə göndəriləcək
- DÇ: “Dortmund” - "Mamelodi Sandauns" görüşündə 7 qol, “İnter”dən əzmkar qələbə
- Millimizin kapitanı: “Kuboku Bakıda saxlamaq istəyirik”
- "Sabah" kapitanını komandada saxladı - RƏSMİ
0
0