Adı mərc qalmaqalı ilə hallanan “Qalatasaray”ın futbolçusu Eren Ermalı sosial media hesabında açıqlama yayıb.
Apasport.az xəbər verir ki, türkiyəli müdafiəçi paylaşımında təxminən beş il əvvəl, formasını geyindiyi klubdan kənar bir qarşılaşma ilə bağlı mərc əməliyyatı etdiyini etiraf edib:
“Bu məsələ ilə adımın hallanmasının səbəbi, təxminən beş il əvvəl, öz komandamla əlaqəsi olmayan bir oyuna mərc etməyimdir. O gündən bəri nə mərc oynamışam, nə də bu mövzu ilə hər hansı əlaqəm olub. Karyeram boyu nə etik qaydalara, nə də klublarımın dəyərlərinə zidd hərəkət etmişəm. Ailəmə, klubuma və azarkeşlərimizə qarşı heç vaxt utanc duymaq istəməmişəm. Həmişə şəffaf olmuşam, bundan sonra da eyni prinsiplərlə davam edəcəyəm”.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.
- Türkiyə millisinin qolkiperi “Monako”nun radarında
- Rəcəb Tayyib Ərdoğan “Fənərbaxça”nı qəbul edib - FOTO
- Premyer Liqa: “Yunayted” mövsümdə ilk qələbəsini qazanıb
- Azərbaycan çimərlik voleybolu yığmaları Avropa çempionatlarında iştirak edəcəklər
- Amputant futbolu üzrə Millətlər Liqasının açılış mərasimi keçirilib