“Liverpul”da ciddi itki - ÇARPAZ BAĞLARI QOPDU
24.09.2025 - 19:15
“Liverpul”un heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, komandanın müdafiəçisi Covanni Leoni sıradan çıxıb.
Futbolçu ötən gün İngiltərə Kubokunun III turunda “Sauthempton”la keçirilən oyunun 81-ci dəqiqəsində zədələnib.
18 yaşlı müdafiəçinin dizində çarpaz bağların qopduğu müəyyənləşib.
İtaliyalı oyunçunun nə zaman yaşıl meydanlara qayıdacağı barədə isə məlumat verilməyib.
Qeyd edək ki, “Liverpul” Covanni Leonini bu ilin avqustunda “Parma”dan 31 milyon avroya transfer edib.
- “Neftçi” Samir Abasovla yollarını ayırıb - RƏSMİ
- Federasiya rəsmisi: “Pumse növünün Olimpiya Oyunlarının proqramına daxil edilməsi gözlənilir”
- Danilo Dias: “Pedro “Qarabağ”da ən böyük sürprizlərdən biri olacaq”
- Samir Abasov: “Neftçi”yə irad tutulan ruhu geri qaytarmışıq”
- “Qalatasaray”ın ÇL-dəki oyunlarının vaxtı bəlli olub
0
0