Niderland millisinin üzvü “Liverpul”da - RƏSMİ
30.05.2025 - 20:18
İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul" heyətini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, mersisaydlılar "Bayer"in futbolçusu Ceremi Frimponqu heyətinə cəlb edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında razılaşmaya əsasən, "Liverpul" 24 yaşlı sağ cinah müdafiəçisi üçün 35 milyon avro ödəniş edib.
Qeyd edək ki, Niderlan millisinin üzvü bu mövsüm "Bayer"in heyətində meydana çıxdığı 48 rəsmi matçda 5 qol, 12 assistlə yadda qalıb.
- Erkin İbrahimovdan deputata cavab: “MƏNİM DƏ DEYƏCƏKLƏRİM VAR”
- Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT-nin prioritetləri ilə uzlaşır”
- Baxşıyev “Qarabağ”a inanır: Təmsilçimiz sərfəli nəticə əldə etsə…
- Premyer Liqa: “Siti” “Liverpul”u darmadağın etdi
- Santuş AFFA-nın başına bəla oldu - yüklü təzminat ödəniləcək
0
0