"Yunayted"dən ayrıldı - "Volfsburq"a keçdi
11.09.2025 - 10:46
“Mançester Yunayted”dən ayrılan Kristian Eriksenin taleyinə aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçi “Volfsburq”la anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, Bundesliqa təmsilçisi 33 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Danimarka millisinin üzvü olan Eriksen ötən mövsüm “Mançester Yunayted”in heyətində meydana çıxdığı 35 oyunda 5 qol və 6 assistlə yadda qalıb.
- “Sabah”ın II təsnifatdakı potensial rəqibləri müəyyənləşib
- Messi yenə səhnədə: Cərimə zərbəsindən baxımlı qol - VİDEO
- Yığmamızın baş məşqçisi: "Amputant futbol liqasının yaradılması istiqamətində addımlar atılacaq”
- "Kəpəz" Premyer Liqanın debütantı ilə qarşılaşacaq
- Sadettin Saran: Çempion olsaq, kuboku 3 prezident qaldıracaq
0
0