Aleks Souzanın durumuna nə vaxt aydınlıq gələcək? - ÖZƏL
16.09.2024 - 19:02

"Turan Tovuz"un hücumçusu Aleks Souzanın durumu hələ ki, bəlli deyil.
Apasport.az xəbər verir ki, braziliyalı dünən Premyer Liqanın 6-cı turunun "Sabah"la(2:2) görüşündə zədələnərək meydanı 30-cu dəqiqədə tərk etmişdi.
Onun durumunun nə yerdə olduğu və zədəsinin ciddi olub-olmaması sabah dəqiqləşəcək. Bu barədə futbolçu özü məlumat verib. Futbolçu apasport.az saytına açıqlama verib.
"Özüm yaxşıyam. Həkim müayinəsinə sabah gedəcəm. Sabah zədəmlə bağlı durumumu öyrənəcəm. Ümid edirəm ki, növbəti turda "Araz-Naxçıvan"la görüşdə meydanda olaram".
- Bəxtiyar Musayev: "Oser faciəsi" təkrarlana bilər"
- “Araz-Naxçıvan”ın məşqçisi: “Bu, komandanın piki deyil“
- Şamaxıda "Milli Mətbuat – 150" minifutbol turnirinin qalibi müəyyənləşib
- Roman Qriqorçuk: “Bu cür futbola görə hamımız üzr istəməliyik”
- "Sabah" Berezutskiyə qapını göstərdi: Bir şərtlə qala bilər
0
0