"Neftçi" yay transfer pəncərəsi üçün çalışmalara başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, klub daha bir futbolçu ilə bağlı qərarını verib.
"Ağ-qaralar" Freddi Varqası komandada saxlamaq niyyətindədir.
Venezuelalı futbolçu Bakı təmsilçisində icarə əsasında çıxış edir. O, müqavilə ilə İsrailin "Makkabi Netanya" klubuna məxsusdur.
Lakin "Neftçi" ilə imzalanan sözləşmədə Varqasın tamhüquqlu transfer bəndi yer alıb. "Ağ-qaralar" həmin opsiyadan istifadə edərək keçidi reallaşdırmaq niyyətindədir.
Komandanın baş məşqçisi Yuri Vernidub futbolçudan məmnundur. Mütəxəssis Freddinin komandada qalmasının tərəfdarıdır.
Artıq tərəflər arasında danışıqlar start götürüb. Varqasın "Neftçi"də qalmağa müsbət yanaşdığı bildirilir.
Qeyd edək ki, Freddi Bakı təmsilçisinə ötən ilin yayında qoşulub.
- “Bakı yarışının qadın marşalları idman dünyası üçün yeni ilham mənbəyi olacaq”
- "Braziliyada mənə “Neftçi” yox, “Qarabağ”dan danışırlar, təəssüf ki, “Neftçi” “öldü”
- "Liverpul" Avropa çempionunu istəyir
- Miodraq Bojoviç: "Növbəti oyunlara dair şanslarımız daha yaxşıdır"
- Vitali Borisov: “Uşaqlar hansı tapşırıqları vermişdimsə, icra etdilər”