“Qarabağ” artıq yay transfer planını hazırlamağa başlayıb.
Klub indidən bütün mövqelərə olduğu kimi, qapı xəttinə də oyunçuları nəzərdən keçirir.
Apasport.az saytına verilən məlumata görə, Amin Ramazanovun komandada qalmayacağı dəqiqdir.
Digər tərəfdən Fabyan Buntiçin də “Qarabağ”dakı taleyi qeyri-müəyyəndir.
Komandaya böyük ümidlərlə cəlb edilmiş xorvat qapıçının yayda yola salınması gözlənilir. Nəticədə Azərbaycan çempionu daha bir legioner qapıçı transfer edə bilər. Təbii ki, bu, Buntiç yola salındıqdan sonra gerçəkləşəcək.
Qeyd edək ki, qolkiper mövsümün əvvəlində "Qarabağ"a keçib və onunla 3 illik müqavilə imzalanıb. Fabyan daha öncə "İnqolşdat" və "Vizela" klublarında çıxış edib.
- Cahangir Fərəcullayev: "Biz Santuşdan istefa gözləyirik"
- Füzuli Məmmədov: “Üzərimizdəki təzyiq bizi bir-birimizə daha sıx bağladı”
- Cümə axşamı Çempionlar Liqası: Təqvim bəlli oldu
- Adrian Skarlatake: "Mirça Rednik yenidən Azərbaycana qayıtmaq istəyir"
- "Qalatasaray"dan İkardinin durumu ilə bağlı AÇIQLAMA