"Qarabağ"la oyundan sonra şok zədə - Mikels əməliyyat olundu
29.04.2026 - 13:13
“Qarabağ”la Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə (1:0) üz sümüyü sınan “Sabah”ın futbolçusu Coy-Lens Mikelsin durumuna aydınlıq gəlib.
Apasport.az saytının əldə etdiyi məlumata görə, 32 yaşlı oyunçu cərrahi müdaxiləyə ehtiyac duyub.
Ruanda millisinin üzvü artıq əməliyyat olunub. Hazırda futbolçunun vəziyyəti stabildir. Zədə ciddi xarakter daşımır və oyunçunun yaxın müddətdə yaşıl meydanlara qayıtması gözlənilir.
Qeyd edək ki, Mikels bu mövsüm “Sabah”ın heyətində çıxdığı 32 rəsmi matçda 26 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0