Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə indiyədək baş tutan 16 tur ərzində 16 böyükhesablı nəticə qeydə alınıb.
Apasport.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, meydan sahibləri 9, qonaqlar 7 dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
10 komanda böyükhesablı qələbə əldə edib. Yalnız “Araz-Naxçıvan”la “Karvan-Yevlax”ın belə uğuru yoxdur.
“Sabah”, “Qarabağ”, “Turan Tovuz”, “Sumqayıt”, “Şamaxı” və “İmişli” hərəyə 2 dəfə rəqibi böyük fərqlə məğlub edib. “Zirə”, “Neftçi”, “Kəpəz” və “Qəbələ”nin bir uğuru var.
Gəncə klubu hamıdan çox – 6 dəfə, “Karvan-Yevlax” 4 dəfə üç və ya daha çox top fərqi ilə uduzub. “Araz-Naxçıvan” 2, “İmişli”, “Zirə”, “Şamaxı” və “Sumqayıt” 1 ağır yenilgiyə üzülüb. İki cütdə eyni komanda hər iki dövrədə rəqibini böyük fərqlə üstələyib. “Qarabağ” “Araz-Naxçıvan”ı (5:0, 5:1), “Şamaxı” “Karvan-Yevlax”ı (3:0, 3:0) iki dəfə belə məğlubiyyətə uğradıb.
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- Qəbələdə "Grace of Nature" turniri keçirilib
- Dörd boksçumuz beynəlxalq turnirdə yarımfinala yüksəlib
- "Viktoriya Plzen" - "Fənərbaxça" matçı niderlandlı hakimlərə tapşırılıb
- Dani Alveş azadlıqda - Braziliyalı ulduz bəraət aldı