"Araz-Naxçıvan" 2 futbolçusu ilə müqavilə yeniləyib
03.06.2025 - 11:11
Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” müqaviləsi başa çatmış daha iki futbolçu ilə yenidən anlaşıb.
Apasport.az xəbər verir ki, Slavik Alxasov və Qara Qarayev 2025/2026 mövsümünü də komandanın heyətində keçirəcək.
Hər iki oyunçu ilə anlaşma 1 illikdir.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə və Ülvü İsgəndərovla də yeni müqavilə imzalanıb.
- "Əl-Hilal" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlar aparır
- ÇL: Van Deyk unikal göstəriciyə imza atıb
- Belçika derbisində qalmaqal: Bayraq sancmaq istədi, dava düşdü - VİDEO
- "Real Madrid" daha bir futbolçu ilə müqavilə imzalayacaq - yayın son transferi
- 25 güləşçimiz “Çempionlar” turnirində iştirak edəcək
0
0