Azərbaycanın uşaq və yeniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 11 medal qazanıblar.
Apasport.az xəbər verir ki, Mələk Təhməzli və Muxtar Bədəlov 11, Omar Mehdi və Dəniz Əhmədli 13, Fərəc Kərimli isə 15 yaşadək badmintonçuların mübarizəsində müxtəlif kateqoriyalar üzrə medalçılar sırasında yer alıblar.
Təmsilçilərimizin turnirdəki ümumi qazancı 7 qızıl, 3 gümüş və 1 bürünc medal olub.
Qeyd edək ki, badmintonçularımız ənənəvi olaraq Batumidə keçirilən "Youth International" turnirində ötən il 5-i, 5-i gümüş və 6-ı bürünc olmaqla 16 medal
qazanıblar.
- UEFA Millətlər Liqasının finalının ən yaxşı oyunçusunun adını açıqlayıb
- Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- İslandiyalı yarımmüdafiəçi "Roma"nın hədəfində
- Kinqsli Koman Ronaldo ilə komanda yoldaşı ola bilər