Lənkəranda minifutbol turniri keçiriləcək
19.06.2025 - 16:36
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, turnir iyunun 20-24-ü aralığında Lənkəranda baş tutacaq.
Yarışda 9 komanda iki qrupda mübarizə aparacaq. Bir qrupda 5, digərində isə 4 komanda çıxış edəcək. Qruplarda ilk iki yeri tutacaq kollektivlər yarımfinala vəsiqə qazanacaqlar.
Qeyd edək ki, son gündə mükafatlandırma mərasimi olacaq.
- "Aston Villa" - "Makkabi Təl-Əviv" matçında azarkeş qadağası
- "Reyncers" yeni baş məşqçi ilə danışıqlar aparır
- Yüksək Liqa: “Azərreyl” “Neftçi” ilə qarşılaşacaq
- Millimizin VI İslam Həmrəyliyi Oyunlarında keçirəcəyi matçların təqvimi müəyyənləşib
- Avropa çempionatına yollanacaq güləşçilərimiz müəyyənləşdi
0
0