Peşəkar Futbol Liqasının (PFL) texniki-idman direktoru Elgiz Abbasov Almaniyanın Frankfurt şəhərində Avropa Liqalarının (European Leagues) 50-ci Baş Assambleyasında iştirak edib.
Apasport.az xəbər verir ki, Almaniya Futbol Liqası (DFL) tərəfindən təşkil edilən tədbir Avropa Liqalarının 20 illik yubileyinə həsr olunub.
Baş Assambleya zamanı bir sıra mühüm qərarlar qəbul edilib.
Tədbirdə İsveç Futbol Liqası rəsmisi Klaudius Şafer Avropa Liqalarının prezidenti seçilib, direktorlar şurasının yeni heyəti açıqlanıb və La Liqanın yenidən Avropa Liqalarına qoşulması rəsmiləşib.
Ümumilikdə Assambleyaya 40 liqanın nümayəndəsi qatılıb. Tərəflər futbol sənayesinin idarə olunması və təkamülü yönündə ətraflı müzakirələr aparıb, yeni planlar üzərində çalışmaların startının önəmini qeyd ediblər.
Beləliklə, prezident və direktorlar şurasının 2025-2029-cu illəri əhatə edəcək fəaliyyəti start götürüb.
PFL təmsilçisi Elgiz Abbasov Avropa Liqalarına daxil olan ölkələrin nümayəndələri ilə ümumi və təkbətək görüşlər keçirərək, fikir mübadilələri aparıb.
Qeyd edək ki, PFL 2013-cü ildən Avropa Liqalarının tamhüquqlu üzvüdür.
- "Qalatasaray"lıları əsəbiləşdirən hərəkət: "Kasımpaşa" oyundan sonra... - VİDEO
- Aslan Kərimov: “Fənərbaxça” – “Qalatasaray” derbisi qədər gərgin matç izləyəcəyik"
- Terim harda, böhran orda: Ərəb klubunda işlər qarışıb
- Klublar üzrə ilin ən yaxşı baş məşqçisi bəlli olub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"