"Qarabağ" İrlandiyada - FOTO
21.07.2025 - 22:42
"Qarabağ" İrlandiyada  - FOTO

"Qarabağ" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Şelburn"un qonağı olacaq.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu bu matç üçün artıq İrlandiyayadadır.

Qeyd edək ki, "Şelburn" - "Qarabağ" qarşılaşması iyulun 23-də, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Komandalar arasındakı cavab görüşü isə ayın 29-da Bakıda baş tutacaq.