
Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Səbail" oyunun biletləri satışa çıxarılıb.
Apasport.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Biletlərin qiyməti isə 3, 7 və 15 manat aralığındadır.
Biletlər bu gün saat 12:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.
Qapılar azarkeşlər üçün matçın start fitindən 120 dəqiqə əvvəl açılacaq.
Qeyd edək ki, "Qarabağ" - "Səbail" qarşılaşması 27 mart tarixində saat 16:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- “Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb
- Taekvondoçularımız Qazaxıstan və Özbəkistanda 6 medal qazanıblar
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
- İlham Əliyev dünya çempionu olan milli komandanın üzvlərini qəbul edib
- Ruslan Qurbanov: "Ürəyim hər zaman “Neftçi”dədir"