"Qarabağ" - "Şelburn" görüşünü italyanlar idarə edəcək
29.07.2025 - 00:09
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində baş tutacaq "Qarabağ" - "Şelburn" görüşünü italyan hakimlər briqadası idarə edəcək.
Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
İtaliyalı ədalət təmsilçisi Andrea Kolombo baş hakim təyin edilib.
Ona Stefano Alassio və Dario Cecconi kömək edəcək. Matçın IV hakimi funksiyasını isə Kevin Bonacina yerinə yetirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Şelburn" görüşü iyulun 30-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
- Ali Koç La Liqa klubunun səhmlərini almaq istəyir
- "Torino" icarə əsasında komandada çıxış edən müdafiıçini transfer edib
- "Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
- "Qalatasaray"lı futbolçu millinin matçında zədələnib
- Ruben Amorim “Benfika”nın baş məşqçi postuna namizəddir
0
0