“Qarabağ” Misli Premyer Liqasının 2024/25 mövsümündə 28-ci qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri sonuncu – XXXVI turda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib.
Səfərdəki üç xal Ağdam klubunun cari çempionatda 28-ci qələbəsi olub. Bununla da “Qarabağ” mövsüm ərzində qazanılan qələbə sayında tarixinin rekordunu təkrarlayıb. 12 qat ölkə çempionu iki il əvvəl – 2022/23 mövsümündə də 28 qələbə əldə edib.
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində yalnız bir dəfə daha çox qələbə qazanan komanda olub. “Neftçi” 1992-ci ildə 36 oyunda 30 dəfə qalib gəlib.
- Azərbaycan boksçusu erməni rəqibinə qalib gələrək Avropa çempionu olub - FOTO
- Qaşim Maqomedov Yunanıstanda mükafatlandırılıb
- FİFA 2026 Dünya Kubokunda yeni qayda tətbiq edəcək - 3 dəqiqə...
- "Çelsi"nin futbolçusu 33 illik rekordu təkrarlayıb
- Bəxtiyar Musayev: "Juninyodan zəif futbolçular o cür klublarda oynayırlar"