Qızıl medallar və kubok bu tarixdə "Qarabağ"a təqdim ediləcək
12.05.2025 - 11:33
Azərbaycan Premyer Liqasında 2024/25 mövsümünün çempionu "Qarabağ"ın son ev oyununun vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi 18 mayda doğma meydanda "Kəpəz"lə qarşılaşacaq.
"Köhlən atlılar" oyundan sonra çempionluq kubokuna qovuşacaq.
"Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Reqlamentə əsasən, Azərbaycan çempionu olan komanda birinci yeri vaxtından əvvəl təmin edirsə, komandaya qızıl medallar və kubok sonuncu ev oyununda təqdim edilir.
- Domeniko Tedesko: "Ümid edirəm ki, heç kimə ürək tutması yaşatmarıq"
- Kamal Quliyev müalicəsi barədə: Nəsə istəyəndə xəcalət çəkirəm, utanıram...
- Reytinq turniri üçün heyət açıqlanıb
- "Fənərbaxça" rəhbərliyindən bənzəri görülməmiş mükafat: 5 milyon avro
- Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox"
0
0