“Sabah” ölkə kubokunu qazanan 10-cu komanda olub
02.06.2025 - 11:50
“Sabah” Azərbaycan Kubokunu qazanan 10-cu komanda olub.
Apasport.az xəbər verir ki, Bakı klubu finalda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəlib.
1992-ci ildən keçirilən turnirin əvvəlki 32 mövsümündə 9 qalib olmuşdu. Mütləq rekord “Qarabağ”a məxsusdur – 8 dəfə.
“Neftçi” 6, “Kəpəz” 4, “Xəzər Lənkəran”, “Bakı” hərəyə 3, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ” hərəyə 2 kubok qazanıb. “İnşaatçı” (Bakı) və “Şəfa” isə “Sabah” kimi hərəsi bir dəfə kuboku başı üzərinə qaldırıb.
Qeyd edək ki, 2001/02 və 2019/20 mövsümləri yarımçıq qalıb.
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə
- Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən futbolçu Rusiya klubunda
- Mourinyo "Qalatasaray" derbisi barədə: "Dönərimi yeyib serialıma baxacam"
- Reytinq turniri üçün heyət açıqlanıb
0
0