Bu gün Qazaxıstanın Atrau şəhərində "Airom Cup" beynəlxalq basketbol turnirinə start verilib.
Apasport.az xəbər verir ki, ölkəmizi turnirdə Polad Həsənovun rəhbərlik etdiyi 14 yaşa qədər oğlanlardan ibarət seçmə komandamız təmsil edir.
Azərbaycan yığması ilə yanaşı Qazaxıstanın "Ayrom", Gürcüstanın "Kutaisi", Rusiyanın "Devon" və "Axtuba" klub komandaları da mübarizə aparırlar.
Seçməmiz ilk oyununda Qırğızıstanın "Edelveys" komandası ilə qarşılaşıb və rəqibinə 94-13 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, 22 iyuna qədər davam edəcək turnirin qalibi dairəvi sistemlə keçirilən oyunlardan sonra məlum olacaq.
- "Fənərbaxça" - "Ferençvaroş" matçını ispaniyalı referi idarə edəcək
- NBA: "Pelikans"dan qələbə, "Leykers” məğlub oldu
- Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."
- Sərbəst güləşçilərimiz reytinq turnirində 5 medal qazanıblar
- İdmançımız Avropa birinciliyində 1 qızıl və 1 gümüş medal qazanıb