Bu gün Avropa Liqasının finalında yarışacaq komandalar bəlli olub.
Apasport.az xəbər verir ki, yarımfinalın cavab oyunlarının hər ikisi bu gün baş tutub.
"Mançester Yunayted" evdə "Atletik"i qəbul edib. Ev sahibləri rəqibini 4:1 hesabı ilə məğlub etməyi bacarıb. Tərəflər arasında ilk qarşılaşma "Yunayted"in qələbəsi ilə başa çatmışdı - 3:0.
"Bodo-Qlimt" isə doğma meydanda "Tottenhem" ilə üz-üzə gəlib. İlk oyunda Premyer Liqa təmsilçisi 3:1 qələbəyə sevinmişdi.
Avropa Liqası
Yarımfinal mərhələsi, cavab oyunları
23:00. "Mançester Yunayted" - "Atletik" 4:1
İlk oyun - 3:0
23:00. "Bodo-Qlimt" - "Tottenhem" 0:2
İlk oyun - 1:3
- Millimizin oyununun vaxtı dəyişdi
- Kerem Aktürkoğluna Harri Potter şoku: Warner Bros. futbolçunu məhkəməyə verdi
- Fatih Tekke bu transferdə israrlıdır: "Kopenhagen"dən "Trabzonspor"a
- "Qalatasaray"ın yeni kapitanı bəlli oldu - Okan Burukdan açıqlama
- NBA: “Los-Anceles Lakers” və “Hyuston Rokets"dən qələbə