Çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşdi
09.05.2025 - 09:56
Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçün səsvermə başa çatıb.
Apasport.az UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, mükafatı “İnter”in qapıçısı Yann Sommer alıb.
Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakimini qabaqlayıb.
“Barselona” ilə yarımfinal mərhələsinin cavab oyununda (4:3) isveçrəli qolkiper 7 seyv edib.
Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJ üz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəki stadionda baş tutacaq.
- "Qalatasaray" - "Trabzonspor" matçında qol səsi çıxmadı
- "Yuventus" Vlahoviçlə bağlı qərar verib
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- "Qalatasaray" 2 futbolçu ilə müqavilə yeniləyib - Rəsmi
- Son dəqiqə: Super Liqada aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib
0
0