FİFA 2026-cı ildə ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi dünya çempionatı ilə bağlı mühüm qərar qəbul edib.
Apasport.az xəbər verir ki, 2026-cı il Dünya Kubokunda matçların həm birinci, həm də ikinci yarısının 22-ci dəqiqəsində məcburi üç dəqiqəlik su fasiləsi veriləcək. Fasilələr bütün oyunlarda tətbiq olunacaq.
Yeni qayda ilə futbol matçlarının basketboldakı kimi şərti olaraq dörd hissəyə bölünməsi nəzərdə tutulur. FİFA bu addımı xüsusilə oyunçuların sağlamlığının qorunması baxımından vacib hesab edir.
Turnirin yay aylarında və müxtəlif iqlim zonalarında keçirilməsi səbəbindən bu qərarın verildiyi bildirilir.
Qeyd edək ki, futbolsevərlərin böyük səbirsizliklə gözlədiyi mundial iyunun 11-dən iyulun 19-dək keçiriləcək
- Dünya çempionu "Mançester Yunayted"ə doğru
- Prokurorluq Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı açıqlama yayıb
- İkinci səviyyə klubundan Premyer Liqaya keçdi
- “Qalatasaray”lı futbolçular Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik ediblər - VİDEO
- Ölkəmizi Avropa çempionatında 39 güləşçi təmsil edəcək