"İnter"in əsas oyunçusu "Barselona" ilə ilk oyunu buraxacaq
29.04.2025 - 11:41
"İnter"in müdafiəçisi Benjamin Pavard Çempionlar Liqasının yarımfinalında "Barselona" ilə ilk oyunu buraxacaq.
Apasport.az xəbər verir ki, fransız futbolçu A Seriyasında "Roma" ilə oyunda topuğundan zədələnib.
İddialara görə, baş məşqçi Simone İnzaqi 29 yaşlı futbolçunu sabah keçiriləcək "Barselona" ilə səfər matçı üçün heyətə daxil etməyəcək.
Futbolçunun cavab oyununda çıxış edə biləcəyi isə sual altındadır.
Qeyd edək ki, Pavard bu mövsüm “neradzurri”nin heyətində 36 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
- Cüdo məşqçilərinin ümumrespublika seminarı keçirilib
- Kante addım-addım “Fənərbaxça”ya: “Əl-İttihad”ın təklifini rədd etdi
- Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna üzv seçilib
- Cüdoçularımız Avropa Kubokunda 2 qızıl, 2 bürünc medala sahib çıxıblar
- “Aston Villa” "Barsa"nın yetirməsi ilə maraqlanır
0
0