“Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
20.02.2025 - 11:56
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Real Madrid” “Mançester Siti” üzərində 3:1 hesablı inamlı qələbə qazanıb.
"Real" - "Siti" matçının nəticəsi
Apasport.az xəbər verir ki, ümumi 6:3 hesabı ilə "şəhərlilər"i məğlub edən "Real" turnirin növbəti mərhələsinə yüksəlib.
"Real"dan yeni rekord
“Kral” klubu ardıcıl 22-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib. Madridlilər tarixdə buna nail olan ilk komanda olub.
“Real Madrid”in Çempionlar Liqasının 1/8 finalındakı potensial rəqibi
Çempionlar Liqasının növbəti turunda Karlo Ançelottinin komandası "Atletiko Madrid" və ya "Bayer"lə qarşılaşacaq.
- "Yunayted"i yaxşı tanımırlar: Tarixi qələbəni qaçırtdılar - VİDEO
- Milan Antiç: “Qəbələ” layiq olduğu yerə qayıtdı"- Müsahibə
- NBA: “Los-Anceles Lakers” və “Hyuston Rokets"dən qələbə
- "Bavariya" və "Bayer" "Milan"lı üçün mübarizə aparacaq
- Azərbaycanda danışılmış oyunlarda şübhəli bilinən futbolçu Rusiya klubunda
0
0