Rumıniyada gənc boksçular arasında “Drakula Open” beynəlxalq turniri davam edir.
Apasport.az xəbər verir ki, yarışın dördüncü günündə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.
Boksçularımızdan Nihat Qasımov (51 kq) 1/8 finalda Kristian Serbanı (Rumıniya) sınağa çəkib. Görüş təmsilçimizin 5:0 (29:27, 29:27, 30:26, 30:26, 30:26) hesablı qələbəsi ilə başa çatıb. Qasımov 1/4 finalda ilk mərhələdən azad olan Maksim Maşevki (Ukrayna) ilə üz-üzə gələcək.
Zidan Hümbətov (54 kq) da turnirə qələbə ilə start verib. O, rumıniyalı Emzar Qransianı ilk raundda tam üstünlüklə məğlub edib. Hümbətov 1/4 finalda Roman Spakla (Moldova) qarşılaşacaq.
Qeyd edək ki, “Drakula Open”də final döyüşləri fevralın 23-də olacaq.
- Cüdo üzrə Azərbaycan çempionatı başlayır
- Bəhlul Mustafazadə: "Titullarımızın sayını artırmaq istəyirik"
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
- "Qızıl Qurd" ləqəbli kikboksçumuz peşəkar karyerasını başa vurub - VİDEO
- "Arsenal" Salibanı La Liqa nəhənginə sata bilər