Gənc boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaq
02.06.2025 - 16:16
Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında beynəlxalq turnirə start verilib.
Apasport.az xəbər verir ki, iyunun 6-dək davam edəcək yarışda Azərbaycan millisi də qüvvəsini sınayacaq.
Komandamızın heyətində məşqçi İlkin Seyfəddinovun rəhbərliyi altında Hikmət Məmmədov (50 kq), Əli Məmmədov, Zakir Həsənzadə (hər ikisi 55), Vüsal Xəlilov (65 kq), Renat Qiyaslı (75 kq) və Kənan Nəcəfov (+90) gücünü yoxlayacaq.
- Messiyə gözlənilməz evlilik təklifi - VİDEO
- Ranyeri İtaliya millisinə rəhbərlik etməkdən imtina edib
- Zaur Hacı-Məhərrəmov "Ayntraxt" - "Atalanta" matçına təyinat alıb
- Yeniyetmə boksçularımız Gürcüstan millisi ilə hazırlığa başlayıb
- “Benfika” və “Bavariya” səfərdə, “Feyenoord” isə evdə qalib gəldi - YENİLƏNİB
0
0