5 cüdoçumuz Gürcüstanda tatamiyə çıxacaq
22.03.2025 - 11:29

Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ikinci günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq.
Apasport.az xəbər verir ki, bu barədə Cüdo Federasiyası məlumat yayıb.
Kişilər arasında -73 kq çəki dərəcəsində Qədir Hüseynov və Rüfət Şövlətov, -81 kq çəkidə Məhərrəm İmamverdiyev medallar uğrunda mübarizə aparacaq.
Qadınların yarışında isə -70 kq çəkidə Günel Həsənli və Südabə Ağayeva qüvvəsini sınayacaq.
- Dünya çempionatının püşkatma mərasimi Bakıda keçiriləcək - Rəsmi
- Futbolda 5 fevral təsadüfü: Bu tarixdə doğulanlar ulduz olurlar
- Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar
- Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşüb
- Bəxtiyar Musayev: "Juninyodan zəif futbolçular o cür klublarda oynayırlar"
0
0