Cüdoçularımız təlim-məşq düşərgəsində iştirak edirlər
16.07.2025 - 10:18
Gənc cüdoçularımız Nabranda təlim-məşq düşərgəsində iştirak edir.
Apasport.az xəbər verir ki, baş məşqçi Rüstəm Alimli və məşqçi Elxan Rəcəblinin rəhbərlik etdiyi toplanışda əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə yönəlib.
Hazırlığın növbəti mərhələsi avqustun 11-dən 23-dək Qubada keçiriləcək.
Təlim-məşq toplanışı gənclər arasında keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Qitə birinciliyi 4-7 sentyabr tarixlərində Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.
- Samir Abasov: "Bu transferlərlə problemi həll etməyə çalışırıq" - VİDEO
- İdmançımız Avropa birinciliyində 3 gümüş medal qazanıb
- İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu
- Millimizin Çexiya ilə səfər oyununun yeri bəlli olub
- Nigar Mirzəliyeva: "Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq"
0
0