"Topuria mənə hücum etməyə çalışdı. Mən tək idim, o isə 10 nəfərlə gəlmişdi".
Apasport.az xəbər verir ki, bunu UFC-nin yüngül çəki dərəcəsində mübarizə aparan peşəkar döyüşçü Peddi Pimblett rəqibi İlia Topuria barəsində deyib:
"Mən olmasam İlianı heç kim tanımazdı. İndi isə məni bəyənmir? Zəhləm gedir ondan. Adımın sayəsində məşhurlaşdı. İlia çox saxtadır. Onun izləyicilərinin yarısı botdur. Özün Makqreqora bənzədir, adamın artıq ürəyi bulanır. İlia ispan deyil, heç Gürcü də deyil. İzləyici yığır deyə, 2 ölkəyə yaltaqlanır. İlia almandır. Qetji döyüşmək istəmədi, qalır Topuria. Müqaviləni imzala, uzatma".
Bundan öncə gürcü döyüşçü İlia Topuria rəqibi haqqında bunları söyləmişdi:
" Peddi heç bu döyüşə layiq deyil, sadəcə fanatlarımın xətrinə bunu edəcəm. Onu pol əskisinə çevirəcəm. Qoy uzun-uzun danışsın, mənə elə bu lazımdır. Mənim danışmağa ehtiyacım yoxdur, pis oğlan rolunu ona vermişəm. Təki şou olsun, çünki aramızda həqiqi nifrət var".
Qeyd edək ki, qarşılaşmanın 2026-ci ilin yanvar ayında keçirilməsi planlaşdırılıb.
- Qaşım Maqomedov dünya reytinqində ikinci pillədə qərarlaşıb
- Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- İtaliya çempionu 3-cü liqaya yuvarlanıb