Yunanıstanın paytaxtı Afinada U17 dünya çempionatına start verilib.
Apasport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da finalçılar müəyyənləşib.
Qurban Məcnunov (48 kq) debütdə qazaxıstanlı Nurdaulet Kumaruliylə bacarmayıb – 0:10.
Nihat Bəhmənov (55 kq) ermənistanlı Merujan Mxitaryana 5:1, rumıniyalı Patrik Kroitoruya isə 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib. Ancaq onun yarımfinal yolunu qazaxıstanlı Nurali Askar (0:2) bağlayıb.
Hüseyn İsgəndərov (65 kq) ilk mərhələdə niderlandlı Mate Van Osu çətinliklə üstələyib – 5:4. Lakin 1/8 finalda ermənistanlı Janes Nazaryan keçilməz olub – 1:9.
Nicat Yeylaqaliyev (80 kq) yunanıstanlı Stefanos Konstantinosla (8:0) qazaxıstanlı Mardanbek Maxkambayevi (13:5) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Nicat 1/4 finalda gürcüstanlı Luka Martiaşviliyə “tuş”la məğlub olub.
Rihad İbrahimli (110 kq) isə təsnifat mərhələsində özbəkistanlı Sayidəmir Nemətova uduzub – 0:10.
Rəqibləri finala yüksəldiyi üçün Qurban, Nihat, Hüseyn və Nicat sabah təsəlliverici görüşə çıxacaqlar.
- Okan Buruk "Qalatasaray"dan ayrılacaq oyunçuları açıqladı
- “Sabah” – “Neftçi” qarşılaşmasının təyinatları açıqlanıb
- "Fənərbaxça" Türkiyə kuboku oyununa 5 itki ilə çıxacaq
- Azərbaycanlı hakimlər Türkiyə millisinin oyununa təyinat alıblar
- 2026-cı ildə bədii gimnastika üzrə Avropa Kuboku Bakıda keçiriləcək