
Yunan-Roma güləşi üzrə U20 milli komandamız iyunun 1-də növbəti təlim-məşq toplantısına start verəcək.
Apasport.az xəbər verir ki, Qazaxıstanın Çimkənd şəhərində yerləşən Alma-Tau təlim-məşq bazasında yerli komanda ilə birgə baş tutacaq hazırlıq prosesi iki həftə davam edəcək.
Avropa çempionatına hazırlıq xarakteri daşıyan toplanışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Turac Həsənli və Zöhrab Abbasovun rəhbərliyi altında Turan Daşdəmirov (55 kq), Ayxan Cavadov, Vədat Qasımlı (hər ikisi 60 kq), Tural Əhmədov (63 kq), Fəraim Mustafayev, Roman Kərimov (hər ikisi 67 kq), Kamran Rəcəbli, Seymur Qasımov (hər ikisi 72 kq), Davud Məmmədov, Cavad Məmmədov (hər ikisi 77 kq), Elmin Əliyev, Cavidan Nəhmətov (hər ikisi 82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130kq) iştirak edəcək.
- Millətlər Liqası: Türkiyə yığmasının heyəti bəlli olub
- Avrokuboklardan sonra o da "Turan"ın əlindən çıxır - "Zirə" Aleksi istəyir
- "Mançester Yunayted" Şeşko uğrunda Premyer Liqanın 4 klubu ilə yarışacaq
- Azərbaycan Kuboku: “Neftçi” – “Sabah” matçının təyinatları bəlli oldu
- Daha 1 boksçumuz beynəlxalq turnirin finalında