Güləşçimiz Rusiyada qızıl medal qazandı
18.11.2025 - 17:02
Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Rusiyanın Yakutsk şəhərində keçirilən turnirdə qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, Cəbrayıl Hacıyev (79) bu yarışda üçüncü yeri tutub.
Tarko-Sale şəhərində isə yunan-Roma güləşi üzrə turnir baş tutub. Fərid Sadıxlı (55 kq), Nihad Quluzadə (60 kq) və Məhəmməd Əhmədiyev (97 kq) bürünc medala sahib çıxıblar.
0
0