Azərbaycan Karate Federasiyasının rəhbərliyi və “KWU-WFKF” birliyinin təşkilatçılığı ilə 28 May – Respublika Günümünasibətilə full kontakt karate üzrə ümumrespublika seminarı uğurla təşkil olunub.
Apasport.az xəbər verir ki, tədbirə ölkənin müxtəlif bölgələrindən və Qazaxıstandan 400-ə yaxın karateçi qatılıb.
Seminar Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Seminarın praktiki hissəsi təşkilat nümayəndələri Hamlet Əlili, Rza Mustafayev, Vidadi Xəlilov, Rasim Oqniev, Anar Məmmədov və digər təcrübəli mütəxəssislərin rəhbərliyi ilə həyata keçirilib. Məşqlər zamanı iştirakçılara müxtəlif texniki və taktiki elementlər öyrədilib, yeni metodik yanaşmalar tətbiq olunub.
Tədbirin sonunda 100 -ə yaxın karateçi müxtəlif kyu dərəcələri üzrə imtahan verərək öz bilik və bacarıqlarını nümayiş etdiriblər. İmtahanlar peşəkar hakim heyəti tərəfindən obyektiv şəkildə qiymətləndirilib.
- Eduard Mendi “Əl-Əhli” ilə yeni müqavilə imzalayıb
- Zaur Həşimov: "Yeni mövsüm üçün "Zirə"nin heyəti kasad görünür"
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
- Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandıracaq