Stolüstü tennisçilərimiz İslamiadada daha bir mükafat qazanıblar
13.11.2025 - 12:55
Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında stolüstü tennis yarışları davam edir.
Apasport.az xəbər verir ki, seçmə komandamızın üzvləri bu gün daha bir mükafata layiq görülüblər.
Qarışıq qoşa mübarizədə yarımfinal oyununa çıxan Adil Əhmədzadə - Mərziyyə Nurmətova tandemi türkiyəli rəqiblərinə uduzaraq fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Xatırladaq ki, bundan əvvəl qadınlardan ibarət komandamız yarışın bürünc mükafatına layiq görülüb.
- Morata “Qalatasaray”da qalmaq istəmir
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
- Şəhidlərin xatirəsinə həsr olunmuş karate üzrə reytinq turniri keçirilib
- "Yuventus" "Milan"ın ulduzunu transfer edə bilər
0
0