Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov yarımfinalda əfqanıstanlı Mohsen Rezae ilə üz-üzə gəlib.
Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, təmsilçimiz bürünc medal uğrunda mübarizə aparacaq.
***
15:19
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində taekvondo yarışları davam edir.
Apasport.az saytının turnirə ezam olunan əməkdaşı xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Qaşım Maqomedov 1/4 finalda pakistanlı idmançı Harun Xanla qarşılaşıb.
Taekvondoçumuz 2:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
- "Neftçi" Samir Abasovla nail olduğu uğura yenidən imza atacaq”
- Çempionlar Liqasının yeni mövsümündə 6 ingilis klubu çıxış edəcək
- "Nitsa"nın qapıçısı "Qalatasaray"ın radarına düşüb
- Azər Məmmədov: "Azərbaycan derbisinin yalnız adı qalıb" - Müsahibə
- Böyüklər arasında Bakı şəhər çempionatı start götürüb