Alvarez Messinin uğurunu təkrarlayıb
05.03.2025 - 11:58
"Atletiko Madrid"in hücumçusu Xulian Alvarez Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"la səfər oyunda (1:2) komandasının yeganə qoluna imza atıb.
Apasport.az xəbər verir ki, argentinalı “Atletiko” ilə səfər matçının 32-ci dəqiqəsində hesabı bərabərləşdirsə də, komandası məğlub olub.
Alvarez Çempionlar Liqasının pley-off mərhələsində "Santiaqo Bernabeu"da "Real Madrid"ə qol vuran yalnız ikinci argentinalı oyunçu olub.
"Atletiko"ludan daha öncə 2011-ci ildə bunu bacaran yeganə futbolçu Lieonel Messi olmuşdu.
- "Fənərbaxça"-"Feyenoord" matçının hakimləri açıqlanıb
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
- Rövşən Hüseynli millidən ayrıldı
- Gənc boksçularımız beynəlxalq turnirdə mübarizə aparacaq
- Neymar: "İlk dəfədir ki, psixoloji yardım axtarmaq məcburiyyətində qalıram"
0
0