“Şaxtyor”un baş məşqçisi Arda Turan U-19 komandasının çalışdırıcısı Oleksiy Belik haqqında açıqlama verib.
Apasport.az xəbər verir ki, türkiyəli mütəxəssis həmkarı barədə bunları deyib:
“Şaxtyor U-19-un həqiqətən möhtəşəm bir baş məşqçisi var. Onun gördüyü işi bəyənirəm və bütün təşəbbüslərini dəstəkləyirəm. Bəlkə də "Şaxtyor"u məndən daha yaxşı çalışdıra bilərdi”.
Bundan öncə Oleksiy Belik Arda Turanla arasındakı tək fərqin sosial mediadakı izləyici sayı olduğunu bildirmişdi:
“Arda əla futbolçu idi, amma özümü məşqçi kimi ondan zəif görmürəm. Onun məndən yeganə üstünlüyü Instagram-da milyonlarla izləyicisinin olmasıdır”.
Qeyd edək ki, Arda Turan "Şaxtyor"la 28 matçda 17 qələbə, 4 məğlubiyyət və 7 bərabərliklə yadda qalıb.
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
- "Yunayted" futbolçusunu 47 milyon avroya satmaq istəyir
- Milanda Ranyeri küləyi: "Roma"nın məğlubiyyətsizlik seriyası 18-ə çatıb
- İstanbul derbisində sevinən tərəf “Beşiktaş” oldu - YENİLƏNİB
- Tedesko istədi, klub rəsmi təklif göndərdi