"Arsenal" 3 xalı 1 qolla qazanıb
21.12.2025 - 02:02
İngiltərə Premyer Liqasında “Arsenal” səfərdə “Everton”la qarşılaşıb və oyunu 1:0 hesablı qələbə ilə başa vurub.
Apasport.az xəbər verir ki, görüşün taleyini ilk hissədə vurulan tək qol həll edib.
Matçın 27-ci dəqiqəsində “topçular” penalti zərbəsi qazanıb və Viktor Qyökereş hesabı açıb.
Qarşılaşmanın qalan dəqiqələrində “Everton” hesabı bərabərləşdirməyə çalışsa da, “Arsenal” müdafiədə etibarlı oyun nümayiş etdirib və minimal üstünlüyünü qoruyub.
- Martinez tarixə düşüb
- "Roma" Omar Marmuş üçün "Tottenhem"lə yarışacaq
- Türkiyə futbol tarixində yeni rekord: "Qalatasaray" - "Fənərbaxça" derbisi tarixə düşəcək
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- Bakıda ilk dəfə batut gimnastikası üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilib
0
0