"Arsenal" "Real Madrid"in futbolçusu ilə maraqlanır
20.01.2026 - 17:56
Londonun "Arsenal" klubu "Real Madrid"in gənc futbolçusunu transfer siyahısına daxil edib.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Onun sözlərinə görə, “topçular”ın maraq dairəsinə düşən müdafiəçi Viktor Valdepenasdır.
Mənbə bildirir ki, “Arsenal” hazırda yay transfer pəncərəsi üçün planlar üzərində işləyir və diqqət mərkəzində ola biləcək oyunçulardan biri də 19 yaşlı Valdepenasdır.
Qeyd edək ki, Transfermarkt portalı Viktor Valdepenasın bazar dəyərini 3 milyon avro olaraq qiymətləndirir.
- "Real Madrid" ilin komandası seçilib
- Son 5 ildə ilk dəfə ÇL-in finalında İspaniya və İngiltərə klubları iştirak etməyəcək
- "Real Madrid"in növbəti iki transfer hədəfi məlum olub
- "Adana Demirspor"un sabiq prezidenti barəsində həbs qərarı verilib
- Avropa çempionatına yollanacaq güləşçilərimiz müəyyənləşdi
0
0