İngiltərə Premyer Liqasının XXXVII turunun "Tottenhem" - "Aston Villa" oyununun tarixi dəyişdirilib.
Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Buna səbəb "Spurs"un Avropa Liqasının finalına vəsiqə qazanmaq ehtimalının yüksək olmasıdır.
London təmsilçisi oyunun başqa tarixə keçirilməsi üçün İngiltərə Futbol Federasiyasına müraciət edib. Qurum klubun təklifinə müsbət cavab verib və mayın 18-də baş tutmalı olan görüşün ayın 16-da keçirilməsi qərara alınıb.
Xatırladaq ki, "Tottenhem" Avropa Liqasının yarımfinal mərhələsinin ilk matçında Norveçin “Bodo-Qlimt” komandasına 3:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, komandalar arasında cavab oyunu sabah saat 23:00-da start götürəcək.
- "Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb
- Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır"
- Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
- Erik Ramos: "Samir Abasova zaman vermək və inanmaq lazımdır" - Müsahibə
- Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu